XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 12:07

Dövlət İmtahan Mərkəzindən magistraturaya qəbul olunan bakalavrlara –Xəbərdarlıq

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.

Strateq.az DİM-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.