XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 İyun 2017 - 12:33

Prezident İlham Əliyev Türkmənistan prezidentinə təbrik məktubu göndərib –Mətn

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedova 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Azərbaycan prezidenti məktubunda Azərbaycan və Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığını bildirib:

 “İnanıram ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın iradəsi ilə iki ölkə arasında dialoq daha da inkişaf edəcək və bizim birgə səyimiz nəticəsində möhkəmlənəcək. Sizə möhkəm can sağlığı və səadət, qardaş Türkmənistan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm”. 

APA