XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 İyun 2017 - 13:29

SOCAR Ukraynada qaz satışı üçün lisenziya alıb –Bu gün

Ukraynada enerji və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən Milli Komissiya SOCAR-ın törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın ticarəti üçün lisenziya verib.

APA-Economics”in Ukraynanın “OilNews” saytına istinadən verdiyi məlumata görə, müvafiq qərar komissiyanın bu gün keçirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, “Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.

Onu da qeyd edək ki, bu gün komissiyanın keçirilən iclasında “SOCAR Ukraine” şirkəti ilə yanaşı “Gastron Ukraine” şirkəti də ölkədə qaz satmağa lisenziya alıb.