XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 14:16

Baş prokuror Zakir Qaralov Lənkəranda olub –Vətəndaşlarla qəbul keçirilib

Baş prokuror Zakir Qaralov iyunun 29-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 19 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.

Müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Yekunda baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması tapşırılıb.