XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 07:22

26 yaşlı fəhlə 3-cü mərtəbədən yıxılıb öldü

Dünən axşam saatlarında Bakının Xətai rayonunda tikintisi davam edən binanın ərazisində ölüm hadisəsi baş verib.

“Trend”-ə verilən məlumata görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsinin quraşdırılması zamanı usta işləyən 1989-ci il təvəllüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb.

Müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.