XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 Noyabr 2015 - 08:45

Türk tələbələrin qaldığı yataqxanaya polis basqını – Rusiya polisi 20 tələbəni saxladı

Türkiyənin Rusiyadakı səfirliyi bu ölkənin hökumətindən vətəndaşlarına qarşı təzyiq edilməsi barədə şikayətlərə izah tələb edib.

“İnterfax” xəbər verir ki, Rusiyada yaşayan Türkiyə vətəndaşları RF rəsmi orqanları tərəfindən təzyiqə məruz qalmaları barədə şikayət edirlər:

“Son günlərdə Rusiyanın müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşlarından Rusiya rəsmi orqanlarının nümayəndələri tərəfindən təzyiqə məruz qalmaları barədə səfirliyə şikayətlər daxil olub. Şikayətlə biznesmen, tələbə və sadə vətəndaşlar tərəfindən daxil olur” .

Səfirliyin məlumatında daha sonra bildirilir: “Səfirlik onlarla əlaqə saxlayır, bu şikayətləri dəqiqləşdirdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi və müvafiq qurumlara məlumat göndərir. Biz Rusiya hökumətindən bu təzyiqlərin dayandırılmasını gözləyirik”.

Qeyd edək ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib. Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb. Narkotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.