XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 17:23

Kamran Əliyev Gürcüstanın baş prokuroru ilə görüşdü –Regional konfrans

Tbilisi şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Gürcüstan Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Beynəlxalq Prokurorlar Assosiasiyasının 8-ci regional konfransı keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Cinayət yolu ilə əldə edilən əmlakların bərpası və kibercinayətkarlıq mövzusunda keçirilən konfransda 30-dan çox ölkənin hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak edib, elektron valyutada olan əmlakların və digər əmlak növlərinin izlənilməsi, müsadirəsi, bərpası və effektiv idarə edilməsi, elektron valyuta ilə törədilən çirkli pulların yuyulması cinayətlərinin istintaqı zamanı sübutların toplanılması və digər məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində K.Əliyev Gürcüstanın baş prokuroru İrakli Şotadze ilə görüşüb, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb, ölkədə həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verilib.

İştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilib.