XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 İyun 2017 - 18:44

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçıları görüşdü –Müdafiə Nazirliyindən açıqlama

Bu gün Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.