XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 11:13

Daha bir dindar həbs olundu – Nardaran olayları ilə bağlı

Nardarandakı həbslərdən sonra Lənkəranda da bu gün yeni həbs həyata keçirilib.

İslamazeri.az-ın yaydığı məlumata görə, cənub bölgəsinin tanınmış ruhanisi Seyid Elman Ağayev həbs olunub. Onun hazırda hara aparıldığı məlum deyil.

Nardarandakı olaylardan sonra rəsmi qurumların açıqlamasında Elman Ağayevin də adı hallanırdı.

Elman Ağayevi də Nardaran hadisələri baş verən gün Lənkəranda saxlanılan başqa bir dindar Zülfüqar Mikayılzadə ilə eyni vaxta həbs etmək istəyiblər. Lakin inanclı insanlar məscidin qarşısına yığılaraq buna imkan verməyiblər. Yerli icra orqanları da toplaşan insanları Elman Ağayevin həbs edilməyəcəyi vədi ilə sakitləşdiriblər.