XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 20:45

İraqın baş naziri:"Bu, İŞİD-in sonu deməkdir"

"Mosuldakı Nuri məscidinin ələ keçirilməsi İŞİD-in sonu anlamına gəlir".

Bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.

“Nuri məscidi ilə Hadba minarəsinin qaytarılması saxta İŞİD dövlətinin məhv olmasının göstəricisidir”, – baş nazir bildirib.

O bildirib ki, İraq əsgərləri sonuna qədər İŞİD terrorçularının məhv edilməsi üçün çalışacaq/Axar.az.

Qeyd edək ki, İraq Müdafiə Nazirliyi Mosulun tamamən İŞİD-dən azad edildiyini açıqlamışdı.