Rusiya lideri Vladimir Putin Türkmənistana səfər edəcək.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
“Səfər üçün hazırlıqlar görülür. Dəqiq tarixini açıqlayacağıq”, – deyə Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovla Putin arasında telefon danışığı baş tutmuşdu/Axar.az.