XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2017 - 16:41

“Əks-səda”nın sahibkarlıq və gənclərin məşğulluğunun stimullaşdırılması ilə bağlı layihəsi başa çatdı –FOTOLAR

«Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin aprel ayından həyata keçirdiyi “Kiçik və orta sahibkarlığın təbliğı; gənclər  arasında özünə məşğulluğun stimullaşdırılması” layihəsi  başa çatıb. 

Birlikdən Strateq.az-a verilən məlumata görə, 3 aylıq layihə çərçivəsində 4 rayonda (Masallı, Göyçay, Göy-göl və Samux)  “Biznesə ilk addım”  mövzusuna həsr olunmuş dəyirmi masalar  keçirilib.

Dəyirmi masada icra hakimiyyətlərindən, İqtisadi İnkişaf Nazirliyinin regional bölməsindən, bələdiyyələrdən nümayəndələr, rayonlarda biznes fəaliyyəti ilə məşğul olan yerli iş adamları və  kollec  tələbələri, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Layihə rəhbəri Sevinc Kərimova layihə haqqında danışaraq bildirib ki, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüs idi. Əsas məqsədi yeniyetmə və gəncləri biznes fəaliyyətinə maraqlandırmaq idi: "Dəyirmi masalarda 120-dək gənc tədbirlərdə iştirak edib, onlarla  mövzu ətrafında  həvəsləndirici söhbətlər və müakirələr aparılıb".

Qeyd edək ki,  layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.