XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 19:26

Moskvada məhkəmə müflis olmuş milyonçu Telman İsmayılovun iki mənzilinə həbs qoyub

Moskva vilayətinin Arbitraj Məhkəməsi AST qrupunun təsisçisi biznesmen Telman İsmayılova məxsus Moskvaətrafı üç torpaq sahəsi və iki yaşayış evi ilə bağlanmış müqavilələrin qadağan olunmasından imtina edib, amma onun Kutuzov prospektindəki beşotaqlı və altıotaqlı mənzillərinə həbs qoyub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, məhkəmə materiallarından ümumi sahəsi 292 kvadratmetr olan daşınmaz əmlakın Telman İsmayılovun 2005-ci ildə Fransada anadan olan və onun adını daşıyan nəvəsinin adına qeydiyyata salındığı məlum olur. Məhkəmə Rusiya reyestr idarəsinə bu mənzillərlə bağlı hansısa əqd bağlanmasına, mülkiyyətçiyə isə əmlakın özgəninkiləşdirməsi ilə bağlı istənilən addım atmasına qadağa qoyub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin mart ayında T.İsmayılovu müflis elan edib və onun əmlakının satışa çıxarılması prosedurunu başladıb.