XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 06:55

Baş prokuror Zakir Qaralovun qəbul qrafiki açıqlandı

Baş prokuror Zakir Qaralov dekabrın 4-də Xaçmaz rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.  

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.  

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.