XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 23:20

Moskvada 120-yə yaxın aviareys təxirə salınıb –Səbəb

Şiddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 120-yə yaxın aviareys təxirə salınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən xəbərinə görə, “Domodedovo” aeroportunda 52, “Şeremetyevo”da 66, “Vnukovo”da isə 1 uçuş təxirə salınıb. “Domodedovo”da həmçinin 6 aviareys ləğv edilib.

Məlumata əsasən, Moskvada qeyri-sabit hava şəraiti iyulun 1-də davam edəcək.