ABŞ-ın Nyu-York şəhərində xəstəxanada atışma baş verib.
İnsident Bronks rayonunda yerləşən xəstəxanaların birində qeydə alınıb.
Atəş açan şəxs polislər tərəfindən öldürülüb.
Bu barədə ABC telekanalı məlumat verib.
Hadisə nəticəsində 3 nəfər yaralanıb. İlkin versiyaya əsasən, atəşi açan şəxs xəstəxananın keçmiş əməkdaşı olub/APA.