Moskva aeroportlarında 200-dən çox reys gecikir.
Trend-in məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar "Domodedovo" hava limanında 104 reys gecikib, 13-ü təxirə salınıb. "Şeremetyevo"da 93 reys gecikib, ləğv edilən reys yoxdur. "Vnukovo"da isə bir aviareys ləğv edilib.
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub.