XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 17:10

800 həkim etiraza başladı –İş rejimi dayandırıldı

Latviya Səhiyyə və Sosial Qulluq İşçiləri Həmkarlar İttifaqının (LSSQİHİ) təşkil etdiyi xəbərdarlıq aksiyası çərçivəsində təqribən 800 tibb işçisi uzadılmış normal iş rejimində işləməyi bu gündən dayandırıb.

Bu barədə LSSQİHİ-nin sədri Valdis Keris məlumat verib.

Latviya həkimləri səhiyyənin yetərincə maliyyələşdirilməməsinə etiraz etmək niyyətindədirlər. Bu il maliyyələşdirmə ümumi daxili məhsulun cəmi 3 faizini təşkil edib.

Həmkarlar ittifaqı həkimləri bir ay ərzində könüllü olaraq qanunun icazə verdiyi və müəyyən etdiyi qaydada uzadılmış normal iş rejimində işləməyə razılaşmamağa çağırıb.

V.Keris vurğulayıb ki, həkimlərin qəbuluna düşmək üçün uzun növbələr, pasiyentlərin yüksək haqq ödəməsi və heyətin əməkhaqqısının az olması hələ də Latviya səhiyyəsinin başlıca problemləridir/Azərtac.