XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 11:17

Mətbəxli, “Wi-Fi”lı yeni avtobuslar – Sərnişinləri hava limanından “28 may”a daşıyacaq

Bu gün Bakı Beynəlxalq Hava Limanından metronun “28 may” stansiyası istiqamətindəki xəttə yeni Neoplan avtobuslar buraxılıb.

Strateq.az xəbər verir ki, hələlik bu xətt üzrə 5 avtobus istifadəyə verilib. Yeni avtobusların ilk sərnişinləri də jurnalistlər olub.

“Bakı Bus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni avtobuslar sərnişinlərin, xüsusilə turistlərin daha rahat daşınmasına imkan verir: '”Yeni ekspres avtobuslarda geniş yük yeri, mini mətbəx, “Wi-Fi” və digər xidmətlər yaradılıb. Hər yarım saatdan bir avtobuslar sonuncu dayanacaqdan çıxacaq. Yalnız bir dəfə “Koroğlu” metrostansiyasının yanında 1 dəqiqə dayanacaq''. 

Bu avtobuslarda gediş haqqı 1 manat 30 qəpikdir. ödəniş “Bakıkart”la həyata keçirilir.

Tələbat olarsa, gələcəkdə bu istiqamətdə àvtobusların sayını artırmaq nəzərdə tutulur.