XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2017 - 22:19

“Kipr məsələsi konstruktiv və kreativ həll edilməlidir” –BMT-nin baş katibi

BMT-nin baş katibi Antoniu Quttereş İsveçrənin Krans Montana şəhərində keçirilən Kipr məsələsi üzrə konfransın üzvləri ilə görüşüb.

TASS-ın verdiyi xəbərə görə, Kiprin yunan və türk icmalarının rəhbərləri – Nikos Anastasiadis və Mustafa Akıncı, eyni zamanda Böyük Britaniya, Yunanıstan və Türkiyə nümayəndələri ilə keçirilən görüşdən sonra A.Quttereş bildirib ki, tərəflər Kipr məsələsinin hərtərəfli həllinə gətirib çıxara biləcək tədbirlər planın əsas elementlərini çox yaxşı dərk edirlər.

Baş katib qeyd edib ki, bu məsələdə bir neçə həssas məqamların həlli qalıb.

"Müzakirələr göstərir ki, ümumi zəmini yarada biləcək həlləri tapmaq lazımdır. Mən bütün tərəfləri konstruktiv və kreativ şəkildə bu məsələnin həlli yollarını axtarmağa çağırıram" – deyə, o, bildirib/Report.