XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 11:48

Ucar polisi narkomaniya əleyhinə konfrans keçirdi

adil-ucar.png

Məlum olduğu kimi, Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun göstərişi ilə Azərbaycanın müxtəlif bölgələrində narkomaniyanın yayılmasının qarşısını almaq məqsədiylə yerli polis idarə və şöbələrinin, bölmələrinin rəhbərləri ictimaiyyət nümayəndələri ilə birgə maarifçilik xarakterli tədbirlər – elmi-praktik konfranslar, seminar və görüşlər həyata keçirirlər.

Strateq.az xəbər verir ki, növbəti belə tədbir bu gün – noyabrın 30-da Ucarda baş tutub: Ucar rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində “Narkomanlığın cəmiyyətə, insanlığın sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Ucar polis şöbəsinin rəisi, polis polkovniki Adil Ələkbərov, Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin şöbə müdiri Pərvin Məmmədov, Narkotiklərə qarşı Milli Fəaliyyət Ofisinin sədr müavini Leyla Yolçuyeva, Təhsil nazirliyinin nümayəndəsi Elnur Əlizadə, QİçS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Eldəniz Muradov, Dövlət Komissiyasının işçi qrupunun baş referentləri Raqif AllahverdiyevŞahin İsmayılov, Ucar Mərkəzi Xəstəxanasının baş həkim müavini Ata Hacıyev, Ucar RİH başçısının birinci müavini Əbli Mehdiyev və digərləri mövzu ətrafında çıxışlar edib, narkomaniyanın gətirdiyi bəlalardan, onun cəmiyyətə, bütövlükdə insanlığa vurduğu ağır zərbələrdən bəhs ediblər, bu bəlanın qarşısının alınması üçün hansı addımların atılmasının vacibliyindən danışıblar.

Tədbirə Ucar rayonunu əhatə edən məktəblərin müəllimləri, yuxarı sinif şagirdləri, həmçinin yerli idarə və müəssisələrin nümayəndələri də qatılıblar.

Strateq.az

ucar-2.png