XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2017 - 12:21

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 20-23° isti, gündüz  32-37° isti, Bakıda gecə  21-23° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 3-də hava şəraiti yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz  26-31° isti olacağı gözlənilir.