XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2017 - 12:40

Tatarıstanda matəm elan edildi –Qəzada ölən 13 nəfərə görə

Bu gün Tatarıstanda matəm elan edilib.

“RİA Novosti”nin verdiyi məlumata görə, Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Nəticədə 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 

APA