XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 13:58

“Bank BTB” polislər üçün güzəştli kredit kampaniyasına başladı –30 gün davam edəcək

Bank BTB 2 iyul Daxili İşlər Nazirliyi Əməkdaşlarının peşə bayramı münasibəti ilə 1 iyuldan 31 iyuladək güzəştli kredit kampaniyası elan edib.

Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində 3000 manatadək kreditlər zaminsiz veriləcək. Əlavə güzəşt olaraq, kredit 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 AZN-dır.

Bank BTB-nın  kampaniyasına həm də DİN-in sıralarından təqaüdə çıxmış əməkdaşlarda qoşula bilərlər. Belə ki, güzəştli və zaminsiz “Nağd pul” kreditini Bank BTB-nın Baş ofisindən və bütün filiallarından almaq olar.

Qeyd edək ki, hal hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.