XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 14:00

Moskvada 77 aviareys təxirə salınıb, 5 aviareys ləğv olunub –Havaya görə

Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 77 aviareys təxirə salınıb, 5 aviareys ləğv edilib.

Yerli vaxtla saat 11.25-ə olan məlumata görə, Domodedovo aeroportunda 66 reys təxirə salınıb, 1 reys ləğv edilib.

Şeremetevo aeroportunda isə 11 reys təxirə salınıb, 4 reys ləğv edilib.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dünən 450 aviareys təxirə salınıb, 40 aviareys ləğv edilib.

Qeyd edək ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada leysan yağışlarla bağlı xəbərdarlığın müddətini uzadıb, sarı təhlükə səviyyəsi elan edib. Küləyin sürəti saniyədə 12-17 metrə çatacaq. 

APA