XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 16:52

Türkiyə ordusu Mardində PKK-ya zərbə vurdu –5 terrorçu öldürüldü

Türkiyənin təhlükəsizlik qüvvələri cənub-şərq əyaləti Mardində hücumlar planlaşdıran 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb/Trend.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.