İraqın Ramadi şəhərində qaçqın düşərgəsində partlayış baş verib.
Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilib.
“Əl-Ərəbiyə” telekanalı partlayış nəticəsində 14 nəfərin öldüyü barədə məlumat yayıb, xeyli yaralı var.
Partlayışa görə, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Anbar vilayətində yerləşən Ramadi şəhəri 2015-ci ildə İŞİD terror qruplaşmasının silahlılarından azad edilib.
APA