XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 15:37

Praqada azərbaycanlı biznesmen öldürülüb –FOTO

Azərbaycanlı işadamı “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov maşınında ölü tapılıb.

Çexiyanın "Nova TV" televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub. Polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb.

Azərbaycanın Çexiyadakı Konsulluğundan isə Azadlıq Radiosuna deyiblər ki, onlara iyunun 30-da Çex polisindən onlara şifahi məlumat daxil olub.

"Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə" tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib. (Azadlıq radiosu)