XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 18:43

Tələbələr danışıq qabiliyyətini öyrənirlər

Bakı Slavyan Universiteti “İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin və GPC Internatıonal academy-nin birgə təşkilatçılığı ilə məşhur radio aparıcı və aktyor Sənan Əlləzin təqdimatında “özünü təqdim etmə və danışıq imkanları” mövzusunda seminar keçirilmişdir.Seminarda özünü təqdim etmə, danışıq qabilyyəti, səhnə danışığı, danışıq qüsurların düzəldilməsi, söz atma sənəti, bədən dili və daimi gülümsəmə mövzularında geniş söhbət açılıb.Təlimçi bu mövzularda konkret misallar verərək uğurlu olmağın yolunun daimi gülümsəməkdə və öz üzərində işləməkdə olduğunu bildirib. İnteraktiv şəkildə davam edən seminarda iştirakçıların danışıq qabiliyyəti analiz edildi və təlimçi tərəfindən faydalı məsləhətlər verilib. Təlimçi Sənan Əlləz bildirib ki, tələbələr seminara qatılmaqla mükəmməl danışıq qabiliyyətinə və dolğun səs imkanlarına yiyələnməyin üsullarını öyrənəcəklər. Bu imkanlardan istifadə edərək tələbələr gələcəkdə iş yerində və başqaları ilə ünsiyyət zamanı bir çox üstünlüklər qazanacaqlar.

Tədbirdə BSU tələbələriylə yanaşı , digər universitetlərin tələbələridə iştirak ediblər. Sonda tələbələrin suallarını cavablandıran qonaq mövzu ilə bağlı bir neçə faydalı kitablar tövsiyyə edib. Qeyd edək ki, seminarda “İKT və Reklam” üzrə Rektor Müşavirliyi, Kölgə Kabineti , BSU-nun YAP Gənclər birliyi və Yaradıcılq fakültəsinin tələbələri iştirak edib.