XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyul 2017 - 12:22

“Azercell” “Karyerada ilk addım” sərgisində iştirak edib –FOTOLAR

Bakı Biznes Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün "Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

"Azercell Telekom" növbəti dəfə tələbə və məzunların inkişafında və gələcək karyeralarında dəstək olmaq üçün Bakı Biznes Universitetində keçirilənbu karyera yarmarkasında iştirak edib.

"Azercell"dən verilən məlumata görə, tədbirdə 3 dövlət və Azercell daxil omaqla, 44 özəl sektora aid 47 müəssisə tərəfindən 200 boş (vakant) iş yeri təqdim olunub.

Şirkət nümayəndələri "Azercell"ə işə qəbul olmaq istəyən məzunları üçün informasiya sessiyaları təşkil ediblər və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları "Azercell"ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbirin keçirilməsində məqsəd – öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.