ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 4-də Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinq insidentsiz başa çatıb.