XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 09:17

Suriyada təhlükəsizlik bufer zonalarına Rusiyanın hərbi polisi yerləşdiriləcək –Açıqlama

Rusiyanın hərbi polisi Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilə bilər.

Bu barədə Astanada keçirilən Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.   

"Hələlik rusiyalı müşahidəçilərin və ya Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakından danışmaq çətindir, lakin ümumilikdə,  Rusiyanın hərbi polisinin Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilməsi nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

Lavrentyev bildirib ki,  sənədlərin imzalanmasından sonra 2-3 həftə ərzində Suriyada təhlükəsizlik bufer zonalarının yaradılması nəzərdə tutulur. 

APA