XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 14:59

Məhkəmə Taleh Bağırzadənin həbs qərarı ilə bağlı verdiyi şikayətə baxacaq

 

haci taleh.jpg

Dekabrın 2-də saat 15-də Bakı Apellyasiya Məhkəməsində “İslam Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılacaq.

Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində məlumat yayıb. Vəkil indiyədək hüquqlarını müdafiə etdiyi Taleh Bağırzadə ilə görüşə bilmədiyini yazıb.

Taleh Bağırzadə Daxili İşlər Nazirliyinin noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Məhkəmə barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Əməliyyat nəticəsində 2-si polis əməkdaşı olmaqla, 7 nəfər  ölüb.

Fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 214-cü (Terrorçuluq), 220-ci (Kütləvi iğtişaş), 228-ci (Qanunsuz olaraq odlu silah, onun komlpekt hissələrini, döyüş sursatı, partayıcı maddələr, qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə), 279-cu (Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Taleh Bağırov başda olmaqla, 24 nəfər barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.