XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 15:04

Füzulidə həlak olan nənə və nəvə dəfn edildi –FOTO

Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və onun nəvəsi Quliyeva Zəhra Elnur qızı dəfn olunublar.

Strateq.az APA-ya istinadən xəbər verir ki, hər iki şəxs kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.