XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2017 - 16:44

Füzuli rayonunun rəhbər şəxsləri ermənilərin qətlə yetirdiyi2 yaşlı Zəhranın ailəsinə baş çəkib

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun digər rəhbər şəxsləri iyulun 4-də ermənilərin Alıxanlı kəndində törətdiyi təxribat nəticəsində həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın ailəsinə baş çəkib.

Bu barədə Trend-ə rayon İcra Hakimiyyətindən məlumat verilib.

A.Alıyev rayon prokuroru və rayon Polis İdarəsinin rəisi ilə birlikdə hadisə olan yerə də baxış keçirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.