XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyul 2017 - 21:28

Türkiyəli güləşçi ermənini udubAzərbaycan bayrağını qaldırdı

Türkiyə güləşçisi Cemal Mutlu Azərbaycana böyük jest etməsi ilə gündəmə gəlib. Yunan-Roma güləşçisi gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Mutlu bu sevinci Azərbaycan bayrağını qaldıraraq yaşayıb.

Almaniyanın Dortmund şəhərində keçirilən qitə birinciliyində 50 kq çəki dərəcəsində mübarizə aparan Cemal bürünc medal uğrunda görüşdə ermənistanlı Aşot Mxitaryanla üz-üzə gəlib.

Rəqibini döşəyə çıxmağına peşman edən qardaş ölkə nümayəndəsi 10:2 hesablı qələbə qazanıb. Görüşün ardından isə gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqlarını havaya qaldıraraq döşəkdə dövrə vurub.

Türkiyə Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillənin sahibi olub (lent.az).