XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 23:03

Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında aksiya –Erməni vəhşiliyinə qarşı + FOTO

Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında Azərbaycan vətəndaşları Yerevanın sərhəd kəndlərinin dinc əhalisinə törətdiyi vəhşiliklərə qarşı etiraz aksiyası keçiriblər.

Bu barədə aksiya iştirakçılarından biri məlumat verib.

Aksiya iştirakçıları əllərində "Qarabağ – Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsidir", "Mən Qarabağda öz evimə qayıtmaq istəyirəm" sözləri yazılmış və Ermənistan hakimiyyətinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərin foto-faktları olan plakatlar tuturdular.

Həmçinin aksiya iştirakçıları erməni hakimiyyətinə Azərbaycanın dinc əhalisini və körpələrini öldürməyi dayandırmaq haqqında çağırışlar səsləndirirdilər/Trend.