XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2015 - 21:47

Davudoğlu: “Rusiya olmaz, ayrı yerə satarıq”

 

“Rusiya bizdən meyvə-tərəvəz almaz, biz də onu başqa yerlərə satarıq. Türkiyənin qapısı bağlanmaz. Bütün millətimiz sakit bir şəkildə baş verənləri izləsin”.

Strateq.az-ın bildirdiyinə görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanın türk mallarına qoyduğu sanksiyaları şərh edərkən bildirib.

“Habertürk” kanalına müsahibəsində baş nazir artıq bu istiqamətdə çalışdıqlarını etiraf edib: “İxracatçılarımızın, turizm və türk iqtisadiyyatının təsirlənməməsi üçün nələr edəcəyimiz, qısa vədədə həyata keçirəcəyimiz kompensasiyaedici tədbirlər barədə ictimaiyyətə məlumat verəcəyik”.

Davudoğlu istər idxal-ixrac balansı, istər türk kapitalının Rusiyadakı fəaliyyəti, istərsə də enerji sahəsində zərərlərin qarşılıqlı olacağına inanır. Onun fikrincə, Rusiyanın eyni sanksiyaları enerji məhsullarına tətbiqi isə mümkün deyil: “çünki çox ciddi qaydalar, beynəlxalq hüquqdan qaynaqlanan qarşılıqlı haqqlar, öhdəliklər var. Yəni bu, çamadan ticarəti deyil ki, “dur” deyəndə dursun. Amma ən pis ehtimala da hazır olmalıyıq.”

ümumiyyətlə, Türkiyənin baş naziri ölkəsinin Rusiya ilə iqtisadi münasibətlərinin tamamilə  kəsiləcəyini zənn etmir: “Bunu ifadə edim, türk-rus əlaqələri bu qədər asan qopacaq münasibətlər deyil. Hər iki tərəfin bu əlaqələrə qarşılıqlı ehtiyacı var. O qədər sürətli axan beynəlxalq şərait var ki, hər şeydən əvvəl soyuqqanlı olmaq lazımdır. Türkiyə çox qiymətli coğrafiyada yerləşir, bu torpaqlarda oturanlar, əgər şüurlu davranarsa, bir də özlərinə inamları, millətdən aldıqları dəstək varsa, perspektivdə mütləq qazanarlar.”