XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 05:36

Avropa Məhkəməsi Türkiyəni haqsız çıxardı

youtube.jpg

Avropa İnsan Haqları Mərhkəməsi (AHİM) Türkiyədə 5 may-30 oktyabr 2015-ci tarixdə Youtube video-hostinq şəbəkəsi saytının bağlanmasının ifadə azadlığına zidd olması ilə bağlı qərar verib. AHİM-in qərarında Türkiyənin bilgi almaq azadlığını da zidd davrandığı vurğulanıb.

Xatırladaq ki,  Ankara məhkəməsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsinin təhqir edildiyi səbəb göstərilməklə iki il ərzində youtube.com video-hostinq şəbəkəsi saytına girişin qadağan edilməsi ilə bağlı qərar vermişdi.

İzmir, İstanbul, Anakarada fəaliyyət göstərən universitetlərdə işləyən Serkan Cengiz, Yaman Akdeniz ve Kerem Altıparmak etiraz edərək appelyasiya şikayəti vermişdilər. ölkə daxilində bütün məhkəmə instansiyalarını keçdikdən sonra qərarın dəyişməsinə nail ola bilməyən universitet müəllimləri AHİM-ə müraciət etmişdilər.

Türkiyə AHİM-in qərarına etiraz edə bilər. Amma çox böyük ehtimalla Ankaranın bu tələbi rədd ediləcək.

Strateq.az