XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 14:17

Nazir Hüseyn Bağırov qəbul keçirdi –Balakəndə

Bu gün Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Balakən rayonunda vətəndaşları qəbul edib.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlar iştirak etdiyi qəbulda zamanı 40-a yaxın şəxsin şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub.

Sakinlərin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən məsələlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.