XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 14:27

Elmar Məmmədyarov Malena Mardla görüşdü –Vidalaşma + FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.

Malena Mard fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın irəlilədilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzu edib.