XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 08:10

Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri müzakirəyə çıxarır – Gündəlik

meclis yeni.jpg

Milli Məclisin dekabrın 4-nə təyin olunan plenar iclasının gündəliyi açıqlanıb.

Parlamentdən report.az-a verilən xəbərə görə, növbəti iclasda 7 məsələnin müzakirə olunması nəzərdə tutulub.

İclasda yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə ediləcək. Eyni zamanda, “Azərbaycan respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanun layihələrinə, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılacaq.