XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 04:11

Səudiyyə Pakistanı köməyə çağırdı

Картинки по запросу pakistan

İslamabad tərəfləri danışıqlara çağırır

Səudiyyə Ərəbistanı Pakistandan xahiş edib ki, təyyarə, gəmi və quru qoşunları ilə Yəmən qiyamçılarına qarşı koalisiyanın mübarizəsinə qatılsın.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, bu barədə Pakistanın müdafiə naziri Həvac Asif özəl parlament dinləmələrində məlumat verib.

Asifin dediyinə görə, İran xarici işlər naziri Muhəmməd Cavad Zərif sabah İslamabada baş çəkməlidir ki, yaranmış durumu müzakirə etsin.

Şiə İranı Yəmənin daxili işlərinə qarışmağı və əsasən sünnilərdən təşkil olunmuş ərəb koalisiyasının ölkədə qeyri-sabitlik yaratmasını kəskin şəkildə tənqid edib.

Ər-Riyadla sıx və çoxdankı münasibətə baxmayaraq, Pakistan danışıqlar yolu ilə nizamlamaya çağırıb döyüşə girməkdən çəkinir. İslamabad dini gərginliyi artıra biləcək istənilən münaqişəyə qoşulmaq istəmir.