XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 19:09

MTN-nin sabiq şöbə rəisi Vüsal Ələkbərov məhkəmədə son söz deyib –“Heç kimdən pul tələb etməmişəm”

mtn-1.jpg

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Ələkbərov son söz deyib. O, zərərçəkmişlər – Hüseyn Səfərov və Nizami Kazımovdan pul tələb etmədiyini bildirib. V. Ələkbərov qeyd edib ki, iş adamı Namil Rzayevdən də pul almayıb. Onun sözlərinə görə, digər iş adamı Elşən Mədətov "Texnikabank"a depozit pul qoyub və həmin vəsait bankın rəhbəri olmuş Zal Yusifov tərəfindən mənimsənilib: "Mehrac Qurbanov banka 600 min avro vəsait qoyub və həmin vəsait bank rəhbəri tərəfindən mənimsənilib. Mən Mehrac Qurbanovdan hədə-qorxu ilə pul almamışam".

Proses iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur. (APA)