XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 20:48

Tramp və Putin arasında görüş başa çatıb –  Prezidentlərin danışığı 2 saatdan çox davam edib

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.

TASS agentliyinin verdiyi xəbərə görə, danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.

 Mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.