XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2017 - 00:37

Hamburqda iğtişaşçılarla toqquşmada 196 polis xəsarət alıb –Şəhər polisindən açıqlama

Almaniyanın Hamburq şəhərində iğtişaşlar nəticəsində xəsarət alan polislərin sayı 196-ya çatıb.

Bu barədə şəhər polisinin məlumatında bildirilir.

“Hamburqda etirazçılarla toqquşmalar nəticəsində xəsarət alan polis əməkdaşlarının sayı 196-ya çatıb”, – deyə, məlumatda deyilir.

Qeyd edək ki, bu gün Hamburqda G-20 sammitinin keçirilməsinə etiraz edənlər “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə aksiyalar keçirib. Polis aksiya iştirakçılarını dağıtmaq üçün bibər qazından istifadə edib. Hazırda şəhərdə iğtişaşlar davam etməkdədir.

APA