XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 10:49

Baş ravvin:"Dünya ictimaiyyəti erməni qoşunlarının atəşi nəticəsində dinc sakinlərin həlak olmasına çox ciddi yanaşmalıdır"

Dünya ictimaiyyəti Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı birləşmələrinin atəşə tutulması nəticəsində dinc sakinlərin həlak olmasına çox ciddi yanaşmalıdır.

Bunu Trend-ə Bakıda aşkenazi yəhudilərinin baş ravvini Şneor Siqal deyib.

Onun sözlərinə görə, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün yüksək səviyyədə tədbirlər görülməlidir:

“Daha da pisi gözləmək lazım deyil. Uşaqlar ölür. Bundan daha pis nə ola bilər? Ümid edirəm ki, dünya ictimaiyyəti bununla bağlı düzgün addımlar atacaq”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.