XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 11:03

II və III qrup abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi”ninverilməsinə başlanıb

İyulun 14-də II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

DİM xəbərdarlıq edir ki, abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.