XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 11:38

Azərbaycana aldadılaraq gətirilənxarici vətəndaşlar saxlanılıb

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nə­fər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Ni­geriya və­tən­daşı sax­­­lanılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan vətən­daş­ları Marimuthu Suresh, Murugeshan Jayanal, Murugeshan Vignes, Manikandar Mathivazhagan, Elayaraja Radhakrishna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Cherian Sunish ölkəyə “ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyən edilib.

Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabue Wilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məm­mə­dov tərəfindən on­lara təhsil pərdəsi al­tın­da müvəqqəti yaşama icazələrinin alın­ma­sı­na dair vədlər verildiyi və həmin şəxs­lə­rin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yaradıldığı məlum ol­ub.

Eyni zamanda “Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Shawa Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inizbati qaydada çıxarıldığı, bi­lə­rək­dən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycan Res­publikasına yenidən daxil olduğu aşkar edilib.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­­çi­və­sində tədbirlər da­vam etdirilir.