XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 11:47

Soydaşlarımız erməni təxribatı ilə əlaqədar BMT qarşısındaaksiya keçiriblər

İyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar iyulun 7-də BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın BMT yanında Daimi nümayəndiliyi tərəfindən təşkil edilən aksiyada Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association", "Azerbaijani American Women Association of New York" və digər təşkilatların fəalları iştirak ediblər.

Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığılan əcnəbi diplomatlara nümayiş etdirilib, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!”, “Erməni terrorunu qınayın”, “Ermənistan uşaq qatilidir!”, “Ermənistan soyqırımı günahkarıdır!” şüarlarını səsləndiriblər. Aksiyada hadisə ilə bağlı əcnəbilərə bukletlər paylanılıb, ətraflı məlumat verilib, çıxışlar edilib.